İdman

Bu futbolçunun evini biz yıxmadıq - VİDEO - FOTO

24 Oktyabr 2014 18:20
29 Şərh     Baxış: 6 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Nə tökərsən aşına, o da çıxar qaşığına". Bu atalar sözü boşuna deyilməyib. Bu zərb-məsələ müraciətimiz də təsadüfi deyil.

Yazının ərsəyə gəlməsinə səbəb isə Vurğun Fərəczadə adlı Azərbaycan futbolçusudur.

O futbolçu ki, bilə-bilə özünü uçuruma doğru apardı. Gənc yaşında yüksək sürət və idmançıya qadağan olunmuş zəhərli maddələrdən istifadə onun karyerasında "silinməz iz" qoydu.

Milli.Az xəbər verir ki, "Neftçi" klubuna məxsus icarə əsasında "Kəpəz" klubunda çıxış edən Vurğun Fərəczadənin bu qanunsuzluqları haqqında klub rəhbərliyi uzun müzakirədən sonra bir qərar çıxartdı. Belə ki, Vurğunun bu qayda pozuntuları və jurnalisti təhqir etməsi klub rəhbərliyinin də "səbr kasa"sını daşırdı.

"Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev futbolçunun addımlarını qayda pozuntusu kimi dəyərləndirdi: "Hər bir şəxs qanun qarşısında bərabərdi. İdmançıya yaraşmayan bir hərəkətlər gördük Vurğunda. Belə qərara gəldik ki, futbolçu ilə müqaviləyə xitam verək və məxsus olduğu "Neftçi" klubuna göndərək. Vurğun ilə müqaviləmiz may ayında bitəcəkdi, ancaq bu söhbətlər onunla yollarımızı ayırmağa səbəb oldu. Bəli, artıq Vurğun Fərəczadə ilə "Kəpəz" klubunun bir bağlılığı yoxdur".

Göründüyü kimi, "Kəpəz" klubu da Vurğunun etdiklərinə biganə qalamadı və cəzasını kəsdi. Bizim niyyətimiz, əlbəttə ki, "ev yıxmaq" deyil, faktlara işıq salmaqdır.

Bundan sonra ən azından ümid edək ki, Vurğun Fərəczadəyə aid bu xəbəri oxuyan bir çox idmançı, ələlxsüs da futbolçular jurnalisti təhqir etmək əvəzinə addımlarını təhlil edəcəklər. Və axsayan Azərbaycan futboluna tüstülətməklə, "avtoşluq" etməklə deyil, topla gözəl rəftar etməklə töhfə verəcəklər.   

Uyğun linklər: Azərbaycanlı futbolçunun meydandan kənardakı sürəti və özünü zəhərləməsi - VİDEO - FOTO

Gənc futbolçu Vurğun etdiyi təhqirlə özünə tərs şillə "vurdu" - FOTO

Niyaməddin Şirinov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.