İdman

Ançelotti: ""Barselona"da heç vaxt işləmərəm"

24 Oktyabr 2014 16:18
2 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti televiziya proqramlarının birində iştirak edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis bir sıra məsələləri, o cümlədən "El Klasiko" və "Barselona" haqqındakı sualları cavablandırıb.

Kriştianu Ronaldonun əvəz olunması: Xeyr, mən futbolçudan fikrini soruşmadım. Mən onu əvəzləmək barədə düşünmürdüm. Amma çox qaçdığını gördüm. Bizə bu lazım deyidi.

"Anfield Road"da qazanılan qələbə: Komandaya bir günlük istirahət verilib. İki zədəli fərdi məşq keçib. Qalan oyunçular ümumi heyətlə çalışıb. Ən əsası Serxio Ramosun məşqlərə qoşulmasıdır.

- "El Klasiko"da Ramos meydana çıxacaq?

- Əlbəttə. Hər kəs zədəsini sağaltsa, heyətdə ciddi dəyişiklik olmayacaq. Karvaxal və Serxionun qayıtması ilə optimal heyət düzələcək.
 

- Sizcə, "El Klasiko" komanda üçün ən münasib vaxtda oynanılır?

- "Barselona"ya qarşı oynamaq həmişə çətindir. Amma mən narahat deyiləm. "Real Madrid" yaxşı oyun göstərəcək.
 

- Kasilyasın oyunundan razısız?
 

- O, optimal forma yığmaq üçün çox istəkli görünür. İker çoxlu tənqidlərə məruz qaldı. Bu tənqidləri qəbul etmirəm, çünki onun səhvi yoxdur. O, çox sakit oğlandır, aqressiv deyil və işinə köklənib. Kasilyas çox çalışır. Heç kim iddia edə bilməz ki, İker öz üzərində işləmir.
 

- La liqada Kasilyas, ölkə kubokunda Keylor Navasa şans verəcəyiniz deyilir..
 

- Keylor Kubok oyunlarında və bəzən də La liqada meydana çıxacaq.
 

- "Barselona"ya qarşı hansı mərkəz müdafiəçiləri oynayacaq?
 

- Pepenin yüngül zədəsi var. Ramos meydanda olacaq. Pepe bərpa olunsa, derbidə mübarizə aparacaq.
 

- İskoya nə üçün çox güvənmirsiz?
 

- Elə vaxtlar olur ki, futbolçu təcrübəsini artırmalıdır. Düşünürəm ki, İsko "Real Madrid"də darıxmır. "Real" kimi kluba gəlib əsas heyətdə müntəzəm oynamaq çox çətindir.
 

- Beyl necə, meydana çıxması mümkündür?
 

- Belə düşünürəm. Beyl oyuna hazırdır.
 

- İşlədiyiniz klub prezidentləri barədə nə deyə bilərsiniz?
 

- Mən Berluskoni və Florentino Perezi bəyənirəm. Çünki onlar həm də futbol azarkeşləridirlər. Abramoviç və Naser Xelaifi kimi funksionerləri əvvəl klub alıb sonra futbol azarkeşi olublar.
 

- Start heyətini müəyyənləşdirməkdə kiminsə təklifinə qulaq asmısız?
 

- Heç vaxt olmayıb. "Milan"da çalışdığım vaxtlar bir dəfə Berluskoni məni çağırıb bu barədə dedi. Ondan soruşdum - niyə?
 

- "Real Madrid"in Aleks Ferqyussonu olmaq istərdiniz?
 

- 24 il bu komandanı çalışdırmaq bir az ağılasığmazdır. Amma karyeramı burada bitirmək istərdim.
 

- Ötən mövsüm La Liqanın ən yaxşı məşqçisi kim olacaq: Paki Xemez, Diyeqo Simeone və ya Ernesto Valverde?
 

- Seçim çətindir. Simeone La Liqa çempionu oldu. Valverde komanasını Çempionlar Liqasına çıxardı. "Rayo Vallekano" isə Xemezin rəhbərliyi ilə əla futbol nümayiş etdirdi. "Rayo" çox cəsur klubdur və onlar ispan futbolunu təsvir etmək üçün yaxşı nümunədir.
 

- Nə vaxtsa "Barselona"nın sükanı arxasına keçərdiniz?
 

- "Real"da çalışmısansa, heç vaxt "Barselona"ya keçmək olmaz. Mən klubumun tarixinə hörmət edirəm. Məsələn, "Milan"da işlədiyim üçün heç vaxt "İnter"də çalışmaram.
 

- Birlikdə çalışdığınız ən yaxşı qolkiper kimdir?
 

- Ən yaxşı qapıçılarla birgə işləmişəm. Amma Buffonun etdiyini 17 illik məşqçilik karyeramda başqa heç yerdə görməmişəm.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.