İdman

"Qarabağ" kimi aldadıb?

24 Oktyabr 2014 15:31
0 Şərh     Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynalı futbol mütəxəssisi Sergey Morozov Avroliqanın qrup mərhələsinin III turunda baş tutan "Dnepr" - "Qarabağ" (0:1) matçı haqqında fikirlərini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o, Azərbaycan klubundan belə oyun gözləmədiyini bildirib.
  

Morozov qeyd edib ki, Dnepropetrovsk təmsilçisi "Qarabağ"ın adına aldanıb: ""Dnepr" üçün uğursuz gün oldu. Bu komandanın pley-offa çıxmaq üçün şansları var. Heyətdəki futbolçulara baxsaq, onlar növbəti mərhələyə adlaya bilərlər. Ancaq dünənki oyunda "Qarabağ"ın adı bizi aldatdı. Çünki heç kim Azərbaycan təmsilçisindən belə oyun gözləmirdi. Onların heyətində çox yaxşı futbolçular var. Lakin onlar "Dnepr"dən zəifdirlər. Qələbə qazanmaq olardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.