İdman

Bakıda "Qarabağ" sevinci - VİDEO

24 Oktyabr 2014 15:16
1 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avroliqanın qrup mərhələsində Kiyevin "Olimpiya" stadionunda "Dnepr" klubu ilə üzləşən "Qarabağ"ın minimal hesablı qələbəsi Bakıda da azarkeşlər tərəfindən qeyd olunub.

Milli.Az ANS TV-ə istinadən xəbər verir ki, Azadlıq meydanı və şəhərin müxtəlif nöqtələrinə toplaşan azarkeşlər sevimli komandalarına sevgilərini nümayiş etdiriblər. Onlar sevinclərini "Qarabağ"ı dəstəkləyən şüarlar səsləndirməklə və rəqs etməklə nümayiş etdiriblər.

Bu qələbə ilə Ağdam təmsilçisi qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Qurban Qurbanovun yetirmələri həmçinin qrup mərhələsində səfərdə 3 xala sevinən birinci Azərbaycan komandası oldu. Bu qələbə ilə ağdamlılar qrupda irələliləyərək "İnter"dən sonra ikinci yerə yüksəldilər.

Komandamız növbəti oyununu noyabrın 6-da Bakıda keçirəcək. Bu dəfə "Qarabağ" öz meydanında yenidən "Dnepr" klubunu sınağa çəkəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.