İdman

UEFA Serbiya - Albaniya oyunu ilə bağlı qərarını açıqladı

24 Oktyabr 2014 14:42
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA "Avro-2016"nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya matçında baş verən hadisələrlə bağlı yekun qərarını açıqlayıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Serbiya millisinin isə ehtiyatındakı üç xal silinib. Bundan başqa, hər iki milli 100 min avro məbləğində cərimələnib.
 

Qeyd edək ki, Serbiya - Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini-helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.