İdman

"Qrupa düşəndə bu qədər sevinməmişdik"

24 Oktyabr 2014 14:57
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ukraynada "Dnepr"i məğlub etmək çox sevindirici nəticədir. Hətta qrupa düşəndə belə, dünənki qələbədən sonrakı kimi sevinməmişdik".
 

Milli.Az korner.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə "Dnepr"ə 0:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
 

O, rəqibin güclü heyətə sahib olduğunu, ancaq "Qarabağ"ın əzmkarlıq nəticəsində qələbə qazandığını bildirib:
 

""Dnepr"in məşhur futbolçuları çoxdur. Məsələn, mənimlə eyni cinahda oynayan Konoplyankanın hansı səviyyədə futbolçu olduğunu, onunla hansı nəhəng klubların maraqlandığı məlumdur. Sübut etdik ki, kollektiv oyunla nəticə qazanmaq olar. Bəzi məqamlarda topu özümüzdə saxlaya bilmədiyimizə görə çox qaçmağa məcbur olurduq. Matçdan bir gün əvvəl Ukraynaya getdiyimiz üçün yorğunluq da var idi. Əsas odur ki, komanda qol buraxmadı, əksinə, tarixi qolu vurdu".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.