İdman

"Qarabağ"ın yer aldığı qrupa diqqət!

24 Oktyabr 2014 10:48
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın çıxış etdiyi Avropa Liqasının F qrupu hücumçuların "dişsiz"liyi ilə diqqət çəkir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, I dövrənin oyunlarından sonra ən az qol vurulan məhz bu qrupdur.
 

Burada baş tutan 6 görüşdə cəmi 4 qol qeydə alınıb. Hərçənd, digər qrupların hamısında 4 və daha çox qol vuran ən azı 1 komanda var.
 

Təmsilçimizin qrupunda isə qol vurmayan 2 klub qalıb - "Dnepr" və "Sent-Etyen". Ümumilikdə, 5 belə komanda var. Heç bir başqa qrupda bu uğursuzlardan ikisi yer almayıb.
 

"Sent-Etyen" isə oyunlarında qol vurulmayan yeganə komandadır. Fransalıların hər 3 matçı qolsuz başa çatıb.
 

Avropa Liqası: Qollar, qruplar üzrə

A - 23

B - 10

C - 16

D - 23

E - 12

F - 4

G - 15

H - 17

İ - 20

J - 20

K - 16

L - 9

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.