İdman

QALMAQAL: Avroliqa matçı yarımçıq dayandırıldı

24 Oktyabr 2014 10:42
1 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Slovan" (Slovakiya) - "Sparta" (Çexiya) matçı sonacan oynanılmayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bratislavada baş tutan görüşün ilk hissəsinin sonuna 5 dəqiqə qalmış baş hakim qarşılaşmanı dayandırıb.

Buna "Pasenki" stadionuna toplaşan azarkeşlər arasında qalmaqalın yaranması səbəb olub.

Belə ki, hesab 0:0 olarkən, qonaq komandanın azarkeşləri digər tribunaya keçərək, yerli azarkeşlərlə dava etməyə başlayıblar.
 

Aranın qarışdığını görən futbolçular və məşqçilər meydanı tərk ediblər və bir çox azarkeşlər isə stadiondan qaçıblar.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.