İdman

Planetin ən böyük uğursuzu bizik...

23 Oktyabr 2014 15:01
0 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-nın milli komandaların reytinq siyahısında ən çox geriləyən yığmaların siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sentyabrda dünyanın 95-cisi olan, indi isə 31 pillə geriləyib 126-cı yerə yuvarlanan millimiz planetin ən böyük uğursuzudur.

Dünyanın ən çox geriləyən yığması olan komandamız kimi enişə üzülən Burkina-Faso və Ermənistan da uğursuzlar siyahısına düşüb. Bu iki komanda hərəyə 23 pillə aşağı yuvarlanıb. Afrikalılar 71-i 48-ə, ermənilərsə 52-ni 75-ə dəyişiblər.

Ən böyük sıçrayış isə Toqoya məxsusdur. Ötən ay 125-ci olan afrikalılar 73 pilləlik irəliləyişlə 52-ci olublar. Trinidad və Tobaqo 37 (86-cı yerdən 49-cuya), Şimali İrlandiya 28 (71-cidən 48-ciyə) pilləlik yüksəlişə nail olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.