İdman

"Şadam ki, "El Clasico"nu izləyəcəm"

23 Oktyabr 2014 15:16
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında keçirdiyi 3-cü oyununda da qələbə qazanan "Real Madrid" turnirdə 2 alman klubu ilə birlikdə (Borussia Dortmund, Bayern Munchen) maksimum nəticə göstərən komandalardan biridir. "Liverpul"u 3-0 məğlub edən "Real"ın baş məşqçisi Karlo Ançelotti matçdan sonra fikirlərini media ilə bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italyan məşqçi "El Klasiko", Ronaldu İskodan danışıb:

"Komanda usta və arxayın oyun nümayiş etdirdi. "Real Madrid" ilk dəqiqlərdən yaxşı müdafiə olundu və oyunda nəzarəti əlində saxladı. Oyunumuzdakı keyfiyyət göz qabağındadır. "El Klasiko"ya hər iki tərəf yüksək əhval-ruhiyyədə gələcək. Proqnoz vermək çətindir. Mənim oyuna biletim var deyə, şadam.

"Ronaldunu əvəzləməklə ona istirahət vermək istədim. O, tez-tez sürətli keçidlər edirdi. Düşündüm ki, şənbə günü keçirilən oyuna futbolçunu qorumaq lazımdır. O, karyerasında ilk dəfə olaraq "Anfield"də qol vurdu. Biz hamımız sevinirik. İskoya həmişə ümid bəsləmişəm. Beylin zədələndiyi bir vaxtda onun şansları artıb. Özünü yaxşı tərəfdən göstərir. Meydanda seçilən futbolçulardan biri idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.