İdman

"Qarabağ"a görə rejimlərini dəyişdilər

23 Oktyabr 2014 12:56
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Dnepr" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) matçı Kiyevdə metropolitenin iş qrafikinə təsir edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün baş tutacaq qarşılaşma səbəbindən nəqliyyatçılar 1 saat artıq işləyəcəklər.
 

Belə ki, oyun yerli vaxtla 22:05-də başladığından metropoliten rəhbərliyi azarkeşləri nəzərə alıb. Onlar metronun saat 00:00-da deyil, 01:00-da bağlanacağını açıqlayıblar.

Qeyd edək ki, görüş Olimpiya Milli İdman Kompleksinin stadionunda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.