İdman

Simeone: ""Malmö" ilə növbəti matçı final kimi oynayacağıq"

23 Oktyabr 2014 13:43
0 Şərh     Baxış: 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında "Malmö" klubunu böyük hesabla məğlub edən "Atletico Madrid" A qrupunda liderliyə yüksəlib. Oyundan sonra fikirlərini bildirən Diyeqo Simeone yetirmələrinin çıxışını dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis Qrizmann və Çerçini xüsusi vurğulayıb.

"İlk yarıda qol vurmağa yaxın olduq. Amma son zərbələri fasilədən sonra dəqiq vurduq. Bizim birinci qolumuz rəqibin müdafiə xəttində nizamı pozdu. Qrizman Mandzukiç kimi qol vurmağa istəkli idi. O, yaxşı çalışdı. Hazırda bizim onu görmək istədiyimiz səviyyəyə yaxınlaşıb. Alessio Çerçi forvard kimi oynamağı bacarır. Çünki rəqib müdafiəçilərinə problemlər yarada bilir".
 

Simeone Qrizmannın qol vurduqdan sonra sevincini onunla bölüşməsinə belə izah verib: "Bu qeyri-ixtiyari idi. Biz fasilədə söhbət etdik. Antuana dedim ki, əla oyun keçirir və inadkar olsa, qol vuracaq. Hələ heç nə həll olunmayıb. Malmödə keçirəcəyimiz növbəti matçı final kimi keçirəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.