İdman

İnnosent Emeqara: ""Dneprə" qarşı oynasaydım..."

23 Oktyabr 2014 11:29
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Qarabağ"ın yeni transferi, nigeriyalı hücumçu İnnosent Emeqaranın apasport.az saytına müsahibəsini təqdim edir
 

- Topaz Premyer Liqasının VIII turunda "Qəbələ" ilə qarşılaşdınız. Həmin oyunda ilk dəfə "Qarabağ" forması ilə meydana çıxdınız...

- Bundan öncə Fransa, İsveçrə və İtaliya kimi ölkələrdə oynamışam. Azərbaycan mənim üçün fərqli məkandır. Ümumiyyətlə, bu ölkənin futbolu, liqası digərlərindən seçilir. Amma "Qarabağ" yaxşı komandadır. Çünki biz Avroliqada oynayırıq və çempionatda da ən iddialılardan biriyik.

- Azərbaycan çempionatı bundan əvvəl oynadığınız çempionatlarla müqayisə oluna bilməz?

- Elədir. İtaliya, İsveçrə, Fransa liqaları buradan çox üstündür. Həm taktiki, həm fiziki, həm də struktur baxımından həmin çempionatlar çox güclüdür. Burada isə hələ inkişaf gedir.

- Bildiyimizə görə, sizə başqa ölkələrdən və daha güclü çempionatlardan da təkliflər gəlib. Nə üçün məhz "Qarabağ"ı seçdiniz?

- Yəni təklif gəldi, düşündüm və "Qarabağ"a gəlməyə qərar verdim. Düzdür, başqa təkliflər də oldu. Amma belə alındı və Azərbaycana gəldim. İndi istəyirəm ki, özümü bir daha sübut edim. Qollarımla yeni komandama kömək edim.
 

- Artıq ölkəmizə uyğunlaşmısınız?

- Demək olar ki, hə. Belə tez uyğunlaşmağıma səbəb komandada çoxlu legionerlərin olması və onların ingilis dilində danışmasıdır. Bu mənə çox kömək edir. Həm də burada yaxşı kollektiv var. Baş məşqçimiz də mənə dəstək olur. Özüm də formamı tam bərpa edib, "Qarabağ"ın əsas heyət üzvünə çevrilmək istəyirəm.

- "Qarabağ" bu gün Avroliqanın qrup mərhələsinin III turunda Ukraynanın "Dnepr" klubu ilə qarşılaşacaq. Bu oyunda meydanda ola bilməyəcəksiniz...

- Buna görə çox üzülürəm. Çünki komandama kömək edə bilərdim. Əgər oynasaydım, əlimdən gələni edəcəkdim ki, qol vurum. Amma oynaya bilməyəcəm. "Qarabağ"ın mənə ehtiyacı olan bir vaxtda meydana çıxa bilməməyim çox pis oldu.
 

- Bəs, "Qarabağ"dan nə gözləyirsiniz?

- Yaxşı oyun və ən əsası qələbə gözləyirəm. İnanıram ki, bunu bacaracağıq. Ukrayna çempionatının səviyyəsini bilirik. Orada "Dinamo" (Kiyev), "Şaxtyor" (Donetsk) kimi klublar var. "Dnepr" isə belə komandalar olan yerdə liqanın lideridir. Ona görə də çətin bir görüş olacaq. Mən oynamasam da, Kiyevə gedib komanda yoldaşlarım dəstək olmağa çalışacağam. Ümid edirəm ki, Bakıya 3 xalla dönəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.