İdman

BATE növbəti zərbəni UEFA-dan alacaq

23 Oktyabr 2014 12:39
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA BATE-ni cəzalandıracaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Şaxtyor"la oyunda azarkeşlərin irqçi ifadələri işlətməsi olub.
 

Artıq ali futbol qurumu bununla əlaqədar olaraq Belarus klubu barəsində intizam işini açıb. UEFA-nın nəzarət-intizam instansiyası bu işə noyabrın 13-də baxacaq.

Qeyd edək ki, oktyabrın 21-də Borisovda baş tutan oyunda Donetsk təmsilçisi 0:7 hesabı ilə qalib gəlib. Matçdan sonra qarşılaşmada penta-trikin müəllifi olan "mədən fəhlələri"nin braziliyalı hücumçusu Luis Adriano tribunalardan səsləndirilən irqçiliklə bağlı tənqidlərlə üzləşib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.