İdman

Yevgeni Konoplyanka: "Problemlər var"

23 Oktyabr 2014 10:49
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizi "Qarabağ"la çətin qarşılaşma gözləyir. Qələbə qazanmağa çalışacağıq". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Dnepr"in futbolçusu Yevgeni Konoplyanka deyib.
  

Avroliqanın qrup mərhələsinin III turunda bu gün "Qarabağ"ı qəbul edəcək Dnepropetrovsk təmsilçisinin yarımmüdafiəçisi qarşılaşma haqqında fikirlərini açıqlayıb. O bildirib ki, uğurla başladıqları mövsümü uğurla da bitirmək arzusundadırlar: "Daxili çempionatda hələ ki, məğlub olmamışıq. Uğurlu seriyanı Avroliqada da davam etdirməliyik. Heyətdə bəzi problemlər var. Məsələn, Roman Zozulyanın zədəli olması bizim üçün böyük itkidir. Amma əlimizdən gələni edib onun yoxluğunu unutdurmalıyıq. Bizi maraqlı və gərgin qarşılaşma gözləyir".

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Qarşılaşma Kiyevdəki Olimpiya milli idman kompleksinin stadionunda keçiriləcək.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.