İdman

"Aslanlar"ın oyununda Azərbaycan bayrağı - FOTO

23 Oktyabr 2014 11:05
1 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çempionlar Liqasının qrup mərhələsinin III turuna yekun vurulub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, gecənin ən maraqlı oyunlarından biri də Türkiyənin "Qalatasaray" klubu ilə Almaniyanın "Borussiya" (Dortmund) klubu arasında keçən qarşılaşma oldu. Azərbaycanlı futbolsevərlərin də diqqətində olan həmin qarşılaşma almanların böyük hesablı üstünlüyü ilə başa çatıb. "Alman maşını" səfərdə "aslanlar"ı əzib.

Stadionda olduqca sevincli görünən "cim-bom"lu azarkeşlərin oyunun irəliləyən dəqiqələrində üzlərində kədər ifadələri yaranıb. Oyunu yaxından izləmək və komandalarını dəstəkləmək üçün Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də stadionda olublar. Onlar oyun zamanı Azərbaycan bayrağını dalğalandırıblar.

"Qalatasaray"ın öz meydanında "Borussiya"ya 0:4 hesabla məğlub olduğu oyundan maraqlı görüntüləri təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.