İdman

Ronaldu Messini geridə qoydu, yeni rekordun bir addımlığında

23 Oktyabr 2014 10:40
4 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin III turun yekun oyun günündə səfərdə "Liverpul"la görüşdə fərqlənən "Real"ın hücumçusu Kriştianu Ronaldu Avropanın ən nüfuzlu klub turnirində qollarının sayını 70-ə çatdırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçın 23-cü dəqiqəsində komandasını hesabda önə çıxaran Portuqaliya millisinin üzvü "Barselona"nın forvardı Lionel Messini yubiley qolla keçib.
 

Yeni rekordun sahibi olmaq üçün isə Ronalduya daha 2 qol gərəkdir. O, növbəti oyunlarda fərqləndiyi təqdirdə, "Kral klubu"nun sabiq futbolçusu Raul Qonzalesin 71 qolla əlində saxladığı ünvana yiyələnəcək. Kriştianunun əfsanəvi oyunçunu keçməsi, böyük ehtimalla digər matçlarda baş verə bilər.
 

Qeyd edək ki, "Real" səfərdə "Liverpul"u 0:3 hesabı ilə məğlub edib. Madridlilərin digər 2 qolunu Kərim Benzema vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.