İdman

Avropa Liqasında III tura bir oyunla start verilir

22 Oktyabr 2014 14:18
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avopa Liqasının qrup mərhələsinin III turunun oyunlarına bu gün keçiriləcək bir görüşlə start veriləcək.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kiyevdə baş tutacaq oyunda "Metallist" (Ukrayna) və "Legiya" (Polşa) komandaları üz-üzə gələcəklər.
 

Sabah Kiyevdə qrup mərhələsinin daha bir oyunu - "Dnepr" - "Qarabağ" matçı keçiriləcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.
 

Qeyd edək ki, "Metallist" - "Legiya" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

22 oktyabr

Avropa Liqası, qrup mərhələsinin III turu

21:00. "Metallist" (Xarkov, Ukrayna) - "Legiya" (Polşa)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.