İdman

Qvardiola "Roma"nı ələ saldı

22 Oktyabr 2014 14:07
3 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsində qalib gəldikləri "Roma" ilə oyun haqda fikirlərini bölüşüb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Football İtalia"ya danışan ispaniyalı mütəxəssis böyükhesablı qələbəyə baxmayaraq, komandalar arasında ciddi fərqin olmadığını bildirib:
 

"Robbenin vurduğu erkən qol bizə daha rahat oynamaq imkanı verdi. Daha sonra təzyiq edərək topu özümüzdə saxlamağa başladıq. Komandam topla oynamağı çox sevir. İki həftə sonra komandalar arasında böyük fərqin olmadığını görəcəksiniz. "Roma"nın 3-4 qol vurmaq imkanı oldu. Lakin bundan yararlana bilmədilər. Biz isə dəqiq oynamaqla böyükhesablı qələbə qazandıq".
 

Qeyd edək ki, "Bavariya" səfərdə "Roma"ya 7:1 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.