İdman

Rusiyalı qapıçı antirekordunu yenilədi

22 Oktyabr 2014 11:10
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva MOİK-inin qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında antirekordunu yeniləyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rusiya millisinin qolkiperi qitənin ən mötəbər klub turnirinin III turunda evdə "Mançester Siti" ilə görüşdə yenə qol buraxıb.
  

Belə ki, Akinfeyev ardıcıl 24-cü oyunda məyus olub. 2:2 hesabı ilə başa çatan matçda 28 yaşlı qolkiper əvvəlcə 29-cu dəqiqədə Serxio Aqueronun zərbəsinə üzülüb. Qoldan 9 dəqiqə sonra Ceyms Minler Akinfeyevi 2-ci dəfə cəzalandırıb.
 

Qeyd edək ki, Akinfeyevin uğursuz seriyası 2006/07 mövsümündə başlayıb. O, sonuncu dəfə "Arsenal"la oyunda topu tordan çıxarıb. Bu görüşdən sonra qapıçı ardıcıl olaraq, rəqib futbolçular qarşısında məyus olmağa başlayıb. Bu isə onun ümümilikdə, üzüldüyü 47-ci top olub.

Onu da əlavə edək ki, İqor Akinfeyevdən sonra antirekord PSV-nin sabiq qolkiperi Ronald Vaterreusa məxsusdur. Hollandiyalı isə Çempionlar Liqasının 16 oyununda qapısında top görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.