İdman

Mişel Platini Ermənistan və Azərbaycandan danışdı

22 Oktyabr 2014 10:28
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Futbol insanları birləşdirməlidir"

Avro-2016 çərçivəsində keçirilən Serbiya-Albaniya matçında yaranan gərginlikdən sonra UEFA hərəkətə keçib. Hər iki komandanın Avro-2016 çərçivəsində bütün oyunları ləğv edildi və millilər seçmə mərhələlərindən kənarlaşdırıldılar.

Dünya çapında skandal kimi qeydə alınan hadisəyə UEFA prezidenti Mişel Platini də münasibət bildirib. Ən maraqlısı odur ki, o, Serbiya və Albaniyanı Ermənistan və Azərbaycanla müqayisə edib: "Serbiya və Albaniya arasında Ermənistan və Azərbaycandan fərqli olaraq heç vaxt müharibə olmayacaq".

"Bəzilərinin məntiqinə söykənsək, biz Yunanıstan və Makedoniya komandalarını da ayırmalıyıq. Bu ölkələr arasında da siyasi problemlər mövcuddur. Ancaq biz belə etmirik. Futbol insanları bölməli deyil, əksinə onları bir araya gətirməlidir", - UEFA prezidenti vurğulayıb.

Onun sözlərinə görə, oktyabrın 14-ündə Belqradda baş verən hadisə bağışlanılmazdır və cəzaya layiqdir. UEFA bildirib ki, cəzalarla bağlı son qərar oktyabrın 23-ündə elan olunacaq. Futbol komandaları və konkret oyunçular cəzalandırıla bilərlər.

Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya oyunu 42-inci dəqiqədə dayandırılıb. Buna səbəb azarkeşlərin hərəkəti olub. İlk hissənin sonlarında "Böyük Albaniya"nın xəyali xəritəsi həkk olunmuş plakatı meydanın ortasına uçurublar. Meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviç tullanaraq plakatı yerə salıb. Bundan sonra komandaların futbolçuları arasında mübahisə yaranıb. Serbiyalı azarkeşlər fayerlər yandıraraq meydana atıblar. Nəticədə görüş qeyri-müəyyən müddətə dayandırılıb...

musavat.com

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.