İdman

Kubokda "Qarabağ" və "Neftçi"nin rəqibi müəyyənləşdi - YENİLƏNİB

22 Oktyabr 2014 16:08
0 Şərh     Baxış: 1 140
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:08

Bu gün futbol üzrə Azərbaycan kubokunu 1/16 final mərhələsinin oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, bir oyundan ibarət olan mərhələdə iki oyun nəzərdə tutulub.

"Lokomotiv" səfərdə MOİK-in qonağı olub. Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. "Qaradağ Lökbatan" isə öz meydanında "Zirə"ni qəbul edib və eyni hesabla qalib gəlib - 1:0.

Qeyd edək ki, "Lokomotov"i məğlub edən MOİK 1/8 finalda "Qarabağ"la, "Zirə"yə qalib gələn "Qaradağ Lökbatan" isə "Neftçi" ilə qarşılaşacaq.

22 oktyabr

14:00. MOİK - "Lokomotiv" - 1:0
Qol:
Röyal Nəcəfov, 53 (1:0)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 14:00


14:00. "Qaradağ Lökbatan" -
"Zirə" - 1:0
Qol:
Ramil Nuriyev, 16-pen (1:0)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
Bakı. "Dalğa Arena"

---------
14:01

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/16 mərhələsinin oyunları başlandı.

Azərbaycan Kuboku
1/16 final mərhələsi

22 oktyabr (çərşənbə)


MOİK - "Lokomotiv" - 0:0

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

MOİK:
95. Elnur Hüseynov, 13. Zahid Quliyev, 6. Süleyman Piriyev, 3. Azər Həbibov, 15. Şərafəddin Camalov, 17. Cavidan Ağayev (k), 10. Orxan Müzəffərli, 4. Cavid Həziyev, 9. Röyal Nəcəfov, 8. Rəfail Qəvami, 20. Tural Məmmədli
Ehtiyat oyunçular: 1. Həzrət Hüseynli, 11. Fərman Ədilov, 19. Ülfət Hüseynov, 21. Elşad Əliyev, 14. Fərid Fətullayev, 7. Əli Mehrivari, 16. Mahir İbrahimov
Baş məşqçi: Namiq Adilov

"Lokomotiv": 25. Səbuhi Əliyev, 2. Xəyal Qocayev, 4. Elmir Hacıyev, 6. Səbayel Bağırov, 7. Salman Altuxanov, 16. Rəşad Piriyev, 17. Haqverdi Yusifov , 19. Orxan Qəhrəmanov, 20. Nihad Ələsgərov, 21. Məhəmməd Haqverdiyev, 77. Səddam Mollazadə (k)
Ehtiyat oyunçular: 1. Orxan İrzaquliyev, 5. Namiq Salayev, 9. Cavid Əsədov, 10. Rəsul Teymurxanlı, 11. Nurlan Məmmədzadə, 22. Elmar Qulamzadə, 24. Əfqan Əsgərov
Baş məşqçi: Novruz Əzimov
 
 
"Qaradağ Lökbatan" - "Zirə" - 0:0

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Dalğa Arena"

---------
11:55

Bu gün Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarış iştirakçılarının sayı az olduğundan 1/16 finalda cəmi 4 komanda mübarizə aparacaq.

Bir oyundan ibarət mərhələdə bu gün azarkeşlər iki oyuna şahidlik edəcəklər.
 

Belə ki, I divizionda çıxış edən MOİK-lə "Lokomotiv" münasibətinə aydınlıq gətirəcək. "Qaradağ Lökbatan" isə "Zirə" ilə üz-üzə gələcək.

Qeyd edək ki, növbəti mərhələdə MOİK - "Lokomotiv" cütünün qalibi "Qarabağ"la, "Qaradağ Lökbatan" - "Zirə" cütündə üstün olan tərəf isə "Neftçi"nin rəqibi olacaq.
 

Azərbaycan Kuboku

1/16 final mərhələsi

22 oktyabr (çərşənbə)

14:00. MOİK - "Lokomotiv"

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu


14:00. "Qaradağ Lökbatan" - "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov
"Dalğa Arena"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.