İdman

Messi Ronalduya çatdı

22 Oktyabr 2014 10:10
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Ayaks"la görüşdə (2:0) fərqlənən Lionel Messi üçün vurduğu qol əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ÇL-də 69-cu dəfə fərqlənən argentinalı hücumçu qol sayını Madrid "Real"ının futbolçusu Kriştianu Ronalduya çatdırıb.

İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb.

Qeyd edək ki, ÇL-də ən çox qol vuran "Real"ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.