İdman

AFFA-dan "Bakı"ya ağır cəza

21 Oktyabr 2014 14:31
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 8-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
 

Azərbaycan Premyer Liqasının VIII turunun "Sumqayıt" - "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının VIII turunun "Qarabağ" - "Qəbələ" matçında "Qarabağ" klubunun 4, "Qəbələ" klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının VIII turunun "Araz Naxçıvan" - AZAL matçında "Araz Naxçıvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının VIII turunun "Xəzər Lənkəran" - "Bakı" matçında "Bakı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində "Bakı" klubunun futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 30-cu dəqiqəsində "Bakı" klubunun məşqçisi Zekir Muarrem və İnzibatçısı Vüqar Əliyev hakimlər briqadasın təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 10000 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.