İdman

"Messi ötən ilə nisbətən daha aqressiv oynayır"

21 Oktyabr 2014 11:46
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barcelona" ilə çempionlar Liqasında keçiriləcək oyun öncəsi "Ajax"ın başç məşqçisi Frank De Bur ötən mövsümdəki kimi katalonları məğlub etmək istədiklərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, keçirilən mətbuat konfransında holland məşqçi keçmiş komanda yoldaşı Luis Enrikenin yetirmələrinə qarşı ən yüksək səviyyədə oynamaq lazım olduğunu vurğulayıb.

"Biz bu dəfə də nəticə qazana bilərik. Ötən mövsüm gördük ki, belə qarşılaşmada nəsə etmək mümkündür. Lakin bunun üçün maksimum güc sərf etməliyik. "Barcelona" səviyyəsi və təcrübəsinə görə bizdən üstündür. "Camp Nou "da oynayan hər bir komanda üçün xal qazanmaq çətindir. Amma buna cəhd etmək lazımdır. İnanıram ki, "Ajax" ötən ildəkinə nisbətən artırıb və böyük komandalar üçün asan rəqib deyil. Bəzi zədəli futbolçular olsa da, onları layiqincə əvəzləyəcəyik".

De Bur Messi haqqında da fikirlərini bildirib: "Messi elə oyunçudur ki, istənilən mövqedən fərqlənə bilir. Fikrimcə, ötən ilə nisbətən bu mövsüm daha aqressiv oynayır. Onun ardıcıl bir neçə il dünyanın ən yaxşısı olması təsadüfi deyil. Belə yaşda bu qədər rekordlar qırmaq inanılmazdır. Məncə, Messi dünyada ən güclü futbolçudur. Lionel sadəcə qolları il deyil, asisstentliyi ilə də seçilir. O, hərtərəfli oyunçudur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.