İdman

Futbolçu meydanda öldü - FOTO

20 Oktyabr 2014 19:07
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 yaşlı qız birinci taymdan sonra qazona yıxılıb

İngiltərənin "Kedli" (Cadley FC) qadın futbol klubunun 15 yaşlı futbolçusu meydanda keçinib.

Milli.Az bildirir ki, anspress-in məlumatına görə, bu barədə komandanın rəsmi Facebook səhifəsində məlumat verilib.

Hadisə oktybarın 19-da Lankaşir qraflığının Eakston (Euxton) qraflığında baş verib. Adı açıqlanmayan qız birinci taymdan sonra qazona yıxılıb. İlkin məlumata görə, qız ürək çatışmazlığından ölüb.

"Biz bu xəbərdən çox kədərlənmişik, onun doğmalarına, dostlarına və klub yoldaşlarına baş sağlığı veririk", - deyə klubun açıqlamasında bildirilir.

İngiltərənin ən qədim klublarından biri, 1881-ci ildə əsası qoyulmuş "Preston Nort Gnd" klubu da baş sağlığı verib.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.