İdman

Dünya Güləş Birliyi Azərbaycan idmançılaının çıxışlarını qiymətləndirdi - REYTİNQ

20 Oktyabr 2014 15:02
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) təqvim planı üzrə sentyabrda keçirilən dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.

Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc medal qazanan Mariya Stadnik isə reytinqdə 4-cü sıradadır.

Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir.

Yunan-Roma güləşi

59 kq

12. Taleh Məmmədov (13)

66 kq
7. Həsən Əliyev (2)

71 kq
3. Rəsul Çunayev (2)

75 kq
5. Elvin Mürsəliyev (6)
11. Rafiq Hüseynov (7)

80 kq
17. Emin Əhmədov (nr)

85 kq
2. Saman Təhmasibi (9)

98 kq
19. Şalva Qadabadze (7)

130 kq
15. Sabah Şəriəti (14)
  Sərbəst güləş

57 kq

9. Əhmədnəbi Qvarzatilov (3)

61 kq
1. Hacı Əliyev (1)

65 kq
18. Məhəmməd Müslümov (12)

70 kq
7. Ruslan Dibirhacıyev (2)

74 kq
9. Cəbrayıl Həsənov (2)
11. Əşrəf Əliyev (nr)

86 kq
6. Həmzət Osmanov (8)

97 kq
2. Xetaq Qazyumov (3)
11. Şərif Şərifov (6)

125 kq
10. Əli İsayev (7)
12. Aslan Dzebişov (15)
  Qadın güləşi

48 kq
4. Mariya Stadnik (1)

58 kq
13. İrina Netreba (7)

60 kq
2. Yuliya Ratkeviç (1)

69 kq
13. Nadya Sementsova (nr)

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.