İdman

"Güclü rəqiblə döyüşməkdən zövq alıram"

20 Oktyabr 2014 15:12
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Rio de Janeyroda keçiriləcək olimpiya oyunlarına lisenziya verəcək turnirdə rusiyalı Andrey Zamkovla qarşılacaq Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov döyüş öncəsi mətbuat konfransı keçirib.
 

Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, F.Məmmədov AİBA Pro Boxing (APB) yarışında üz-üzə gələcəyi rusiyalı boksçunun turnirdə ən güclü rəqibi olduğunu bildirib: "Bu, peşəkar boksdur və burada döyüşə çox diqqətli yanaşmalısan. Rəqib haqda məlumat toplamışam. O, turnirdə ən güclü rəqibimdir. Bu yaxşıdır, çünki güclü rəqiblə döyüşməkdən zövq alıram. Baxmayaraq ki, Zamkov 187 sm boya malikdir".
 

Qeyd edək ki, Farizin Zamkovla döyüşü oktyabrın 25-də, "Sərhədçi" olimpiya kompleksində keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.