İdman

Azərbaycan gimnastı klublararası dünya çempionatında bürünc medal qazanıb

20 Oktyabr 2014 14:37
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın paytaxtı Tokioda bədii gimnastika üzrə "AEON Cup-2014" klublararası dünya çempionatı başa çatıb.
 

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi klublararası dünya çempionatında 18 klub iştirak edib. Hər bir komandanın tərkibinə üç gimnast daxil olub ki, bunlardan ikisi senyor, biri isə yuniordur.
 

Azərbaycanın "Ocaq Sport Club" klubu Marina Durunda, Gülsüm ŞəfizadəJalə Piriyevanın timsalında yarışların yekununda beşinci yeri tutub.

Yunior J.Piriyeva yenə də fərqlənərək bürünc medal qazanıb. O, lent, top, gürz və halqa ilə parlaq və yaddaqalan çıxışına görə hakimlərdən yüksək qiymət alaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
 

Rusiyalı Veronika Polyakova birinci, Belarus təmsilçisi Mariya Trubaç isə ikinci yerə layiq görülüb.
 

"AEON Cup" ilə eyni zamanda Berlinin Maks-Şmelinq-Halle idman sarayında bədii gimnastika üzrə "Berlin-masters-2014" Qran-pri seriyasından sayca 14-cü ənənəvi turnir keçirilib.
 

Yarışlarda 13 ölkənin idmançısı iştirak edib və çıxışlarının yekunu üzrə 60,400 bal toplayan gimnastımız Ayşən Bayramova 10-cu yeri tutub.
 

Bu arada oktyabrın 17-də Astana şəhərində bədii gimnastika üzrə "Kubok Julduz 2014" III beynəlxalq turnir başa çatıb.

Yarışlarda 1988-ci il təvəllüdlü və daha aşağı yaş qrupundan olan 9 ölkənin idmançısı iştirak edib.

Azərbaycan turnirdə Sevil Məmmədovanın rəhbərliyi altında 8 gənc idmançı ilə təmsil olunub. Ölkəni hakimlər korpusunda Fatimə Şəfizadə və Kamilla Məmmədova təmsil ediblər.
 

Gənc gimnastlarımızdan biri olan Fatimə Məmmədzadə əsl sürpriz göstərib. Belə ki, o, 2007-ci il təvəllüdlü idmançıların yarışında əşyalarsız çıxış edərək qızıl medala sahib çıxıb.
 

Bundan başqa, 2004-cü il təvəllüdlü idmançıların yarışında Nərminə Səmədova topla və iplə tapşırıqlarda gümüş medala sahib olub, Alina Gözəlova (2006-cı il təvəllüdlü) əşyalarsız çıxış edərək turnirin gümüş mükafatçısı adını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.