İdman

Qol sevinci ölümünə səbəb oldu - VİDEO

20 Oktyabr 2014 14:49
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın "Betlehem Bentlanq" klubunun futbolçusu Peter Biaksanqzuala dünyasını dəyişib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna hindistanlı futbolçunun qol sevinci yaşayarkən aldığı zədə səbəb olub.

Mizoram ştatının yüksək liqasında "Çanmari Vest"lə görüşdə fərqlənən gənc futbolçu vurduğu qolu salto aşmaqla bayram edib.

Lakin yerə uğursuz şəkildə düşən yarımmüdafiəçi ayağa qalxa bilməyib. Biaksanqzuala yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.