İdman

"Rahim Sterlinq planlarımıza daxil deyil"

20 Oktyabr 2014 14:42
0 Şərh     Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Liverpool"da çıxış edən Rahim Sterlinqi tərifləyib. İtalyan mütəxəsis həm də Cerrardla bağlı fikrini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ançelotti "Liverpool"un kapitanı ilə çalışmaq istədiyini qeyd edib.

"Sterlinq yüksək keyfiyyətə malik futbolçudur. Şübhəsiz ki, Avropada ən güclü oyunçulardan biridir. Amma "Real Madrid"in də səviyyəsi yüksəkdir. Başqa hücumçu haqqında düşünmürük. Sterlinq planlarımıza daxil deyil. Cerrard çalışmaq istədiyim oyunçulardandır. Onun barədə düşünmüşəm. "Milan"da işləyəndə Stivə təklif göndərmək fikrində idim. Amma o, "Liverpool"a çox bağlıdır".
 

Xatırladaq ki, "Liverpool" oktyabrın 22-si Çempionlar Liqası çərçivəsində "Real Madrid"i qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.