İdman

"Bu qaydalar Abramoviç kimilərin əleyhinədir"

20 Oktyabr 2014 14:15
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA prezidenti Mişel Platini bir daha Maliyyə fair play-inin Avropa klublarında status-kvo yaratmaq üçün tətbiq olunan sistem olduğunu bildirib. Bu sistemin əsasları 2011-ci ildə hazırlananda klubların iflas olmasını əngəlləmək məqsədi güdülüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avropa futbol qurumunun prezidenti bu barədə söhbət açıb: "Maliyyə fair play-i bütün klubların və investorların tələbi idi. Onlar mənə müraciət edib ödəmələrdə problem yarandığını və tədbir görməyimizi istəyirdilər. Əlbəttə, bu qaydalar Abramoviç kimi investorların əleyhinədir.

Müzakirələr bir ilə qədər davam etdi. Biz klublara 4 il vaxt verdik ki, qaydalarla tanış olsunlar. Bu mövsümdən isə ilk sanksiyalar tətbiq edilməyə başlanıb. Maliyyə fair play-i yeni sərmayəçiləri cəlb edir. Çünki onlar pul itirmək istəmirlər".
 

Platini PSG klubunu güc mübarizəsinə görə cəzalandırmaq barədə fikirlərə münasibət bildirib.
 

"Biz heç kimə gücümüzü göstərmirik. Buna sübut odur ki, PSG 60 milyon avro xərcləyərək David Luisi aldı. Çempionlar Liqasında isə İbrahimoviç və Tyaqo Silva olmadan "Barcelona"ya qalib gəldilər. PSG-də sadəcə mühasibatla bağlı problemlər meydana çıxmışdı. Qeyri-qanuni bir şey yox idi".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.