İdman

Üç gün gözləməyə gərək yox: millimizdən növbəti biabırçılıq

20 Oktyabr 2014 10:15
0 Şərh     Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdır.

Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.

Millimiz indi siyahıda 126-cı yerdədir. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.
 

Millimiz və "qonşuları"

121 (107). Niger - 258

122 (120). Kanada - 251

123 (126). Liberiya - 249

124 (121). Livan - 246

125 (114). Ekvatorial Qvineya - 238

126 (95). Azərbaycan - 233

126 (127). Lüksemburq - 233

128 (130). Burundi - 232

129 (134). Filippin - 229

130 (130). Qvineya-Bisau - 226

İlk "onluğ"un tərkibində də dəyişikliklər olub. Belə ki, Portuqaliya İsveçrəni 10 ən güclü arasından sıxışdırıb. İlk 3 komandanın mövqeyi isə dəyişməz qalıb.


İlk "onluq"

1 (1). Almaniya - 1669
2 (2). Argentina - 1565
3 (3). Kolumbiya - 1420
4 (5). Belçika - 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya - 1307
7 (9). Fransa - 1191
8 (7). Uruqvay - 1184

9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119

Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən 3-ü irəli, 3-ü geri gedib. Yığmamıza qalib gələn İtaliya ilə Xorvatiya ilk 10 komandaya bir az da yaxınlaşıb. Noyabrda qarşılaşacağımız Norveç də irəliləyib.
 

AVRO-2016-nın seçmə mərhələsinin H qrupu

11 (13). İtaliya - 1064
14 (19). Xorvatiya - 1002
59 (46). Bolqarıstan - 532
68 (76). Norveç - 481
126 (95). AZƏRBAYCAN - 233

156 (155). Malta - 129

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdır. "Ay-ulduzlular" 8 pillə geriləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.