İdman

"Barselona"nın azarkeşləri üçün şok xəbər!

19 Oktyabr 2014 16:14
0 Şərh     Baxış: 1 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandez karyerasının Şimali Amerika Liqasında davam etdirə bilər. Goal.az "Goal.om" saytına istinadən xəbər verir ki, 34 yaşlı oyunçuya "New York City" maraq göstərir. Komanda 2015-ci ildən etibarən ABŞ və Kanadanın birgə təşkil etdiyi liqada oynamağa başlayacaq. Əgər Xavi Amerikanı seçsə, 2 ay "Manchester City" klubunda icarəyə göndərilə bilər. Təcrübəli futbolçunun katalon klubunda maaşı ilə 13 milyon avro təşkil edir. La Liqada bu mövsüm 5 dəfə meydana çıxan Xavi dünən "Eibar"ın qapısına yol tapmaqla cari mövsümdə ilk qolunu vurub.

Xatırladaq ki, "New York City" daha öncə Frenk LampardDavid Vilyanı da heyətə cəlb etmişdi. Bu futbolçular hazırda "Manchester City" və "Melbourne" klublarında icarə əasında oynayır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.