İdman

""Real Madrid" əks-hücumlara çıxanda..."

19 Oktyabr 2014 15:38
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Levante" dünən La Liqanın 8-ci turu çərçivəsində "Real Madrid"ə 0-5 hesabı ilə məğlub olaraq 5 xalla təhlükəli zonada qərarlaşıb. "Barcelona"nın ardından "Real"a da öz meydanında 5 cavabsız topla yenilən Valensiya təmsilçisinin məşqçisi Xose Luis Mendilbar oyundan sonra fikilərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mendilbar "kral klubu"na müqavimət göstərməyin imkansız olduğunu qeyd edib:

"Rəqib asan qələbə qazandı. Amma "Real"ın yüksək səviyyəli klub olduğunu nəzərə almaq lazımdır. Bizim də onlar kimi qol vurmaq şanslarımız oldu. Amma ikinci qoldan sonra oynamaq çətinləşdi. "Real Madrid" güclü, sürətli və texnikalı komandadır. İkinci dövrəyə qədər böyük klublara qarşı heç nə edə bilməyəcəyik. Liqada xal ala biləcəyimiz digər rəqiblər var. Çempionluğa oynayan klublar dayanmır. Madrid təmsilçisinin heyətində zədəli futbolçular olsa da, onlar yenə də bizi məhv etdi".

Mendilbar böyük hesablı məğlubiyyətə baxmayaraq pozitiv məqamları da vurğulayıb.
"25-30 dəqiqə yaxşı təsir bağışladıq. Pedro Lopez ən yaxşı oyununu keçirdi. Komandam yaxşı çıxış etməyə çalışdı. Lakin "Real Madrid" əks-hücumlara çıxanda istənilən rəqibə çox çətin olur. Fasilədən sonra daha sakit və səhvsiz oynamaq lazım idi. Hesab 0:3 olanda topu özümüzdə saxlamalıydıq. "Levante" hazırki durumdan çıxmağa qadirdir. Son üçlükdə olsaq da, biz birlikdə güclüyük. Uğursuzluq zolağından çıxmaq zəruridir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.