İdman

Gəncə idmanına ağır itki

2 Oktyabr 2014 17:56
0 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-ə istinadən xəbər verir ki, tanınmış uşaq futbolu məşqçisi Tariyel Məmmədov vaxtsız vəfatı ilə onu tanıyanları kədərləndirib. Mütəxəssis 56 yaşında dünyasını dəyişib. Onun şəhərimizdə uşaq futbolunun inkişafında əvəzsiz xidmətləri olub. İlham Səmədovla birlikdə rəhbərlik etdiyi komandalar müxtəlif illərdə Azərbaycan birinciliyinin mükafatçıları arasında yer alıb.

Gəncə futbol ictimaiyyəti Tariyel Məmmədovun qəflətən vəfat etməsindən sarsılıb. Məmmədovun ölüm xəbəri onunla çiyin-çiyinə işləyən məşqçi yoldaşları və yetirmələri ilə yanaşı azarkeşlərə də pis təsir edib. Bu xəbər fanatlar üçün üzücü olub. 32 il məşqçi kimi Gəncə futbolunun uğurları üçün çalışan Tariyel Məmmədov Vasif Vəliyev, Vüsal Hüseynov və Etibar İbrahimov kimi futbolçular yetişdirib.

Futbolun sirlərini ondan öyrənən, əməyindən bəhrələnən adıçəkilənlər hazırda məşqçi qismində çalışaraq Tariyel müəllimin yolunu davam etdirirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.