İdman

"Qarabağ"ın rəqibi: "Qrupdan çıxmağımız müzakirə belə oluna bilməz"

2 Oktyabr 2014 14:22
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın evdə "Sent-Etyen" ilə heç-heçə oynaması bizə sərf etdi. Strateji baxımdan bu, bizim üçün yaxşı oldu. Amma qrupdan çıxmaq üçün komanda olaraq nəsə etməliyik. Qarşıda bizi hər şeyin baş verə biləcəyi 5 oyun gözləyir".

Bu sözləri "Dnepr" klubunun nüdafiəçisi Artyom Fedetski deyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyunçu Dnepropetrovsk təmsilçisinin qrupdan çıxmaq şanslarını da dəyərləndirib.

"Dnepr" təcrübəli komandadır. Buna görə qrupdan çıxması müzakirə belə oluna bilməz. Şəxsən mən, 1/16 mərhələsindən də uzağa getmək istəyirəm. Çünki son iki ildə məhz bu mərhələdə mübarizəni dayandırmalı olmuşuq".
 

Xatırladaq ki, "Dnepr" oktyabrın 3-ü, Bakı vaxtı ilə saat 00:05-də "Sent-Etyen"in qonağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.