İdman

""Qarabağ" hələ son sözünü deməyib"

2 Oktyabr 2014 14:39
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Liqasının qrup mərhələsində bu gün "Dnepr"lə qarşılaşacaq "Sent Etyen" klubunun baş məşqçisi oyun öncəsi keçirdiyi mətbuat konfransında qrupda digər rəqiblərindən olan "Qarabağ" haqda da danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis komandamızı qrupun təhlükəli rəqiblərindən hesab etdiyini bildirib:

"Hamı "İnter" və "Dnepr"i qrupun favoriti hesab edə bilər. Bu komandalar nisbətən üstün sayılır. Ancaq "Qarabağ" hələ son sözünü deməyib. Onlar qrupda istənilən rəqib üçün təhlükəli sayıla bilərlər. Bunu Bakıdakı qarşılaşmada gördük. "Dnepr"ə qarşı isə layiqli mübarizə aparacağıq. Ukrayna çempionatını izləmişik. Rəqibi yaxşı təhlil etmişik. İndidən hansı komandanın favorit olduğunu demək düzgün olmaz".

Xatırladaq ki, bu gecə Bakı vaxtı ilə saat 00:05-də "Sent Etyen" öz meydanında "Dnepr"i qəbul edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.