İdman

Prandelli: "Günahkar mənəm"

2 Oktyabr 2014 14:10
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məğlub olmağımızın səbəbkarı özüməm. Bəzi dəyişikliklər etmək məcburiyyətində qaldıq. Bir-iki mövqedə futbolçularımın daha avqressiv oynamasını istədim. Müdafiədə yaxşı təsir bağışlamadıq və rəqibin qol epizodları yaratmasına imkan verdik. İkinci hissədə isə futbolçularımın adət etdiyi oyun üslubu ilə oynadıq. Çempionlar Liqasında bu qədər səhv etmək düzgün deyil".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Çezare Prandelli Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə "Arsenal"a 1:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.
 

O bildirib ki, qarşılaşma ərzində etdikləri səhvlər üzərində işləyəcəklər:

"Futboçlularımın yaxşı təsir bağışlayacağı oyun üslubu quracağıq. Ancaq bunun üçün futbolçularım mənə inanmalıdır. Mən də onlara istədiyim oyun üslubunu yaxşı başa salmalıyam".
 

Ç.Prandelli onu da deyib ki, cari mövsümdə onların əsas hədəfi Türkiyə Superliqasının kubokunu qazanmaqdır:
 

"Birinci hədəfimiz ölkə çempionu olmaqdır. Ancaq Çempionlar Liqasında da yaxşı çıxış etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.