Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə R.Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin tabeliyində olan teatr-konsert müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən geniş toplantıda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.
O bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından irəli gələn məsələlərin həlli, o cümlədən paytaxt və regionlarda teatr binalarının təmiri və yenidən qurulması, bu sahədə həyata keçirilən layihələr, aparılan islahatlar teatr sənətimizin inkişafına mühüm zəmin yaradıb. Teatr sistemində kadr islahatı müsbət nəticələr verməkdədir.
Son dövrlər teatr və konsert müəssisələri ilə bağlı işıq üzü görən nəşrlərdən də danışan Ə.Vəliyev 28 adda müxtəlif səpkili kitabın, o cümlədən Azərbaycan teatr antologiyasının çapdan çıxdığını, "Teatr ensiklopediyası"nın isə böyük ehtimalla gələn il Milli Teatr Günü ərəfəsində təqdim ediləcəyini bildirib.
Teatrların reklam işinin, mətbuatla əlaqələrinin zəif olduğunu deyən Ədalət Vəliyev telekanallarla əməkdaşlığın vacibliyini qeyd edib.
Konsert müəssisələrində konsert proqramlarının sayının artırılması, musiqi kollektivlərinin dinamik iş rejiminə nail olunması üçün müvafiq tapşırıqlar verilib.
Milli.Az
İdman
Nazir müavini: "I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri repertuarlarına ciddi diqqət yetirməlidir"
2 Oktyabr 2014 10:47
Baxış: 686
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Sərxoş aktrisanın sürücülük vəsiqəsi əlindən alındı - FOTO
- Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTO
- Avropa çempionatının ən reytinqli cüdoçusu - Hidayət Heydərov
- Cəlilabadda yol qəzası - 4 nəfər yaralandı
- "Müğənnilər efirdə bu haqda danışanda acığım gəlir"
- Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı - FOTO
- Ançelotti Arda barədə qərarını verdi
- Dörd kəndlə bağlı protokol bu tarixədək imzalanmalıdır
- Benzin sərfiyyatını azaltmağın sadə yolu - Ustaya getmədən - VİDEO
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- “Azparking” işçisini təhqir edən sürücü həbs edildi
- “Bu, Bakıda üçüncü çıxışımdır, arena çox gözəldir” - MÜSAHİBƏ
- XİN: Ermənistan 4 kəndinin geri qaytaracaq
- Dostu Mehini aldadıb pulunu aldı
- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş
- “Apple” Çində bu proqramları “App Store”dan sildi
- "Atamın ağladığını görəndə..." - VİDEO
- Azərbaycan və Ermənistan sərhəd xidmətlərini belə yerləşdirəcəklər
- Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq
- Dövlət qurumlarını aldadan iş adamına 11 il həbs - 10 milyonluq əmlakı alındı
- Bu bürclərə qarşı əsla səhv etməyin! – Adamı peşman edirlər...
- SON DƏQİQƏ: Qazaxın 4 kəndi geri qaytarıldı - İlham Əliyevin NÖVBƏTİ ZƏFƏRİ
- “Uşaqlarım ikinci əl paltarlarla böyüdülər” - FOTO
- Ceyhun Sultanov: “Rəşad Sadıqov getsə, daha yaxşı olar”