İdman

""Qarabağ"la "Sent-Etyen"in qrupdan çıxmaq şansı daha çoxdur"

2 Oktyabr 2014 11:17
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Sent-Etyen" klubunun müdafiəçisi Conatan Brizon bəyan edib ki, onun komandası Azərbaycan çempionu "Qarabağ"la yanaşı, qrupdan çıxmaq şansına malikdir. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, bunları söyləyib:
 

"Bizim hədəfimiz qrupda birinci yeri tutmaqdır. Bizim heç kimin qarşısında qorxumuz yoxdur, hətta "İnter"dən də. Düzdür, "Qarabağ"la oyunda necə çətinliklə üzləşdiyimizi hamı gördü. Azərbaycanlılar da qrupdan çıxmaq üçün mübarizə aparırlar. "İnter" favorit olsa da, biz sonadək mübarizə aparacağıq. Hətta Milanda da qələbə qazanmağa çalışacağıq. Unutmamalıyıq ki, bizim bir yox, üç əsas rəqibimiz var. Amma fikrimcə, qrupdan çıxmaq üçün ən yaxşı şansı olan biz və "Qarabağ"dır. Sonda necə olacağını isə heç kim deyə bilməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.