İdman

Qurban Qurbanov: ""İnter"lə matçın yeri başqadır"

2 Oktyabr 2014 10:06
7 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib. Milli.Az klubun saytına xəbər verir ki, o, bunları söyləyib:
 

"Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Yaxşı məşqçiləri var. Demək olar ki, hər oyun fərqli heyətlə oynayırlar. Xüsusilə, çempionatda son məğlubiyyətdən sonra "İnter"in heyətində çox dəyişikilklər olacaq. Üstünlüyün rəqib tərəfində olduğunu bilirik. Bizi çətin və ağır oyun gözləyir.

Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq. Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdır. Əsas odur, "İnter"ə oynamağa imkan verməyək. Məni də çətin sınaq gözləyir. Belə komandaya qarşı oynamaq özü bir böyük təcrübədir. Sistemlərini bilirik, futbolçularına bələdik. Amma onlar meydana fərqli heyətlə çıxa bilərlər. Buradan xalla ayrılsaq, bizim üçün uğurlu nəticə olar. Ola bilər ki, "İnter"in çempionatdakı 1:4 hesablı məğlubiyyəti hamını yanıldır. Bu gün qrupun favoriti "İnter"dir. Bizə burada nə qədər çətin olacaqsa, "İnter"ə qarşı oynamaq "Sent-Etyen"ə bundan da ağır olacaq. Komandanı Milana 3 gün əvvəl tez gətirdik. Belə bir proqram tutduq ki, futbolçular bir qədər də burada artıq olsunlar və buralara uyğunlaşsınlar. Həqiqətən də bu matçın yeri başqadır.

Baxmayaraq ki, biz "Borussiya"ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klublarından sayılır. İlk dəfə İtaliya klubuna qarşı oynayacağıq. İşğal olunduğu üçün ev oyunlarımızı Ağdamda keçirə bilmirik. Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür. Bunu heç kimə arzulamıram. İnşallah, torpaqlarımız geri alınacaq və biz doğma meydanımızda oynayacağıq".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.