İdman

Luçesku üzr istədi və...

1 Oktyabr 2014 21:55
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində dünən "Portu" ilə matçdan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Donetsk təmsilçisinin sözügedən qarşılaşmada 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, bu üstünlüyü görüşün son dəqiqələrində əldən verməsinə təcrübəli mütəxəssis əsəbiləşib.
 

M.Luçesku mətbuat konfransında, sadəcə, bunları deməklə kifayətlənib: "Məyus olduğumu demək istəmirəm. Çox danışmaq fikrim yoxdur. Hər kəs qarşılaşmanın 2:0 hesabı ilə bitəcəyini gözləyirdi. Ancaq son dəqiqələrdə iki qol buraxdıq və qələbəni əldən verdik".
 

Bundan sonra M.Luçesku jurnalistlərlər üzr istəyərək mətbuat konfransının keçirildiyi zalı tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.