İdman

Messi Ronalduya çatdı

1 Oktyabr 2014 10:49
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinin II turunda PSJ ilə görüşdə fərqlənən Lionel Messi üçün oyun əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Argentina milli komandasının hücumçusu Kataloniya klubunun 3:2 hesabı ilə uduzduğu görüşdə matçın 12-ci dəqiqəsində meydan sahiblərini cəzalandırıb.
 

"Barsa"nın oyunda bərabərlik (1:1) topunu vuran Messi ÇL-də qollarını sayını 68-ə çatdırıb. Həmçinin Lionel bu qolların sayəsində kataloniyalıların əzəli rəqibi "Real"ın portuqaliyalı futbolçusu Kriştianu Ronalduya da çatmış olub.
 

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox fərqlənən oyunçu "Real"ın sabiq hücumçusu Raul Qonzalesdir. Veteran futbolçu rəqib qapılarından 71 top keçirib. Messi və Ronaldunun Raula çatması üçün 3 qol lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.