İdman

"La Qazzetta dello Sport" "Qarabağ"dan yazdı

30 Sentyabr 2014 17:44
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın məşhur "La Qazzetta dello Sport" nəşri bugünkü sayında "Qarabağ" haqqında böyük yazı hazırlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sərlövhəsi "Qarabağ" - ruhlar şəhərinin komandası" olan yazıda klubun təsisçisinin Adil Nadirov olduğunu bildirilib.

Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan italiyalı jurnalistlər klubun doğma məkanda son matçını 1993-cü ilin mayın 9-da "Xəzər"ə qarşı keçirdiyini, qalib gəldikləri həmin matçda Müşfiq Hüseynovun qol vurduğunu, baş məşqçi Allahverdi Bağırovun müharibədə şəhid olduğunu bildiriblər. Həmçinin orada Aslan Kərimovun "Qarabağ"da hamıdan çox - 150 matç keçirməsi, hazırkı kapitan Rəşad Sadıqovun Türkiyədə oynaması, futbolsuz qalan vaxt basketbol çempionatında özünü sınadığı da qeyd olunan məlumatlar sırasındadır.
  

Qeyd edək ki, "Qarabağ" oktyabrın 2-də Avroliqanın qrup mərhələsi çərçivəsində İtaliya nəhənglərindən olan "İnter"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.