İdman

"İnter" "Qarabağ"la oyuna itki ilə çıxacaq

30 Sentyabr 2014 16:40
0 Şərh     Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də evdə "Qarabağ"ı qəbul edəcək "İnter" klubu bu oyuna itki ilə çıxacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisinin baş məşqçisi Valter Matsari Hüqo Armando Kampanyaronun xidmətindən yararlana bilməyəcək.
 

Buna argentinalı futbolçunun zədəsinin hələ də tam sağalmaması səbəb olub. Lakin 34 yaşlı futbolçunun həftə sonu A Seriyasında "Fiorentina"ya qarşı oynayacağı gözlənilir.
 

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, İtaliyada keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.