İdman

AFFA klubları cəzalandırdı

30 Sentyabr 2014 14:21
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 

Milli.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın 7-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
 

Azərbaycan Premyer Liqasının VII turunun "Bakı" - "Araz Naxçıvan" matçının 78-ci dəqiqəsində "Bakı"nin məşqçisi Rafael Əmirbəyov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi" - "Qarabağ" matçında "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının VII turunun AZAL - "İnter" matçında AZAL və "İnter"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının VII turunun "Qəbələ" - "Xəzər Lənkəran" matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.