İdman

Futbolçu hesab etdiyi şəxsdən hamilə qaldı

30 Sentyabr 2014 10:47
0 Şərh     Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqası təmsilçisi "Hall Siti"nin kapitanı Kurtis Deyvisin adı çox maraqlı bir hadisə ilə hallanır. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 5 min funt-sterlinq dəyərində sinələrini böyüdərək, Britaniyada məşhur maneken adını qazanan Joze Cunninqhem "futbolçu" tərəfindən aldadılıb.
 

Belə ki, 24 yaşlı xanım 18 aydır özünü Deyvis kimi təqdim edən oyunçu ilə birlikdə yaşayıb. Şəxsi "Tvitter" hesabında açıqlama verən Cunninqhem həmin şəxsdən hamilə qaldığını deyib.
 

Aldadılan maneken sosial şəbəkədə bunları paylaşıb: "Özümü çox çirkli, alçaq və məhv olmuş kimi hiss edirəm. 18 ay özünü "Hall Siti"nin futbolçusu kimi təqdim edən şəxs tərəfindən aldadıldım, hamilə qaldım. Buna görə özümü ağılsız hesab edirəm".
 

Qeyd edək ki, Kurtis Deyvisin 25 yaşlı Laura Dearn adlı sevgilisi var. Onun isə bu hadisə ilə heç bir əlaqəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.