İdman

"Qarabağ"ın rəqibi "İnter"in təklifini rədd etdi

30 Sentyabr 2014 10:17
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna klubunun futbolçusu Yevgeni Konoplyankaya təkliflər gəlməkdə davam edir.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Milan", "İnter", "Roma" və "Liverpul"un ardından "Borussiya" (Dortmund) klubu da 25 yaşlı futbolçuya "elçi" düşüb.
 

Dortmund təmsilçisinin baş məşqçisi Yurgen Klopp yanvar ayından gənc futbolçunu komandasında görmək istəyir. Lakin Dnepropetrovsk təmsilçisi gələn bütün təklifləri rədd edərək Konoplyanka ilə anlaşıb. Bu isə o deməkdir ki, Ukrayna millisinin üzvü qışda da komandada qalacaq.
 

Qeyd edək ki, həm "Dnepr", həm İtaliya "İnter"i "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibidir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.