İdman

"Qarabağ"da daha bir şok itki

29 Sentyabr 2014 20:57
0 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəşad Sadıqov oktyabrın 13-ə dək oynaya bilməyəcək

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də Milan "İnter"inin qonağı olacaq "Qarabağ" meydana daha bir ciddi itki ilə çıxacaq.

Anspress-in məlumatına görə, baş məşqçi Qurban Qurbanov kapitan Rəşad Sadıqovun xidmətindən yararlana bilməyəcək.

Buna səbəb təcrübəli müdafiəçinin zədəli olmasıdır. Bu səbəbdən "Neftçi" ilə oyunu buraxan Rəşad millinin İtaliya və Xorvatiya ilə oyunlarına da dəvət almayıb. Bu isə Sadıqovun ən azı oktyabrın 13-dək oynaya bilməyəcəyi deməkdir.

Qeyd edək ki, "Qarabağ"da Çumbinyo Danilo Dias da zədəlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.